Müxalifətin son akkordları …

16 Noy 2017.

Сəmil Həsənli

Müxalif partiyaları daxilində baş verən çəkişmələr kütləvi qopmaların baş verməsinə gətirib çıxarıb. Artıq demək olar ki, AXCP-nin ardınca Müsavat partiyası da parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə adlayıb. Yaxın vaxtlarda bu partiyanın, ümumiyyətlə sıradan çıxacağı proqnozlaşdırılır. Son vaxtlar “Milli Şura” deyilən qurum özünü bir növ reklam etmək üçün aksiyalar keçirtməyə cəhdlər göstərir. Amma cılız aksiyalar onlara düşdükləri böhranlı vəziyyətdən çıxış yolu sayıla bilməz. Əksinə, gözdən düşmüş “Milli Şura” daha da gözdən düşəcək. Ümumiyyətlə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil. Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz…

Oxunub: 25

Tags: , , ,