Əli – Razi qarşıdurması hələ də davam edir…

12 Okt 2017.

Əli Kərimli

Əli Kərimli “maska”lanıb insanları inandırmağa çalışır. Neçə illər partiyada olmuşam, bir çox məsələlərdən xəbərdaram. Yaxın zamanlarda elə şeylər deyəcəyəm ki, elə şeylər bilirəm ki, bəlkə də Azərbaycan bir-birinə dəyəcək. Sonda hər kəs görəcək ki, haqlı, haqsız kimdir?! Bunlar mənim yaydığım istefa bəyanatımdakı tənqidi fikirlərimlə bağlıdır. Həmin bəyanatda da qeyd etdiyim kimi Əli Kərimli tənqidə, fərqli fikrə dözümsüzdür. Onun özünün dediyindən başqa söz yoxdur. Özü deyir, özü dinləyir və qalanlarını da öz iradəsinə tabe olmağa məcbur edir. Amma bunu elə şəkildə edir ki, insanlar sanki öhdəlik götürür və bunu etməyə məcbur olurlar. Elə “maska”lana bilir ki, insanları inandırmağa nail olur. Partiyadan öz istəyimlə getməmişəm, getmək istəmirdim. Məni buna vadar edən səbəblər olub. İstəyirdim ki, partiyanı dəyişim. Bununla bağlı ətraflı açıqlama yayacağam. Biz sadəcə olaraq razılığa gələ bilmədik. O, ittihamlar irəli sürdü. Mənə belə gəldi ki, Əli Kərimlinin bu addımının səbəbi məni özünə rəqib görməsi ilə bağlıdır. Çox yanlış yolda idi, yanlış fikirlərə düşmüşdü”.

Oxunub: 43

Tags: ,