Hacı Əbdülün İsaya qapazı…

15 Apr 2014.

loonapix_13686199431737383455

AXC dönümündə İsa Qəmbər Milli məclisin spikeri olan vaxt, öz “klassik” misalları ilə daima yadda qalan Hacı Əbdüllə məzələnmək istəyir və onun filoloji biliyini yoxlamaq qərarına gəlir.
-Hacı Əbdül bəy! Qapaz sözü necə yazılır, bir “p” ilə yoxsa  iki “p” ilə?
– Birincüsü,  mən bəy-məy deyiləm, ikincüsü  də o baxır onun vurulmağına, əgər tək əllə vurulubsa “qapaz”, cüt əllə vurulubsa “qappaz” yazılır. Birdəki , baxır harasına vurursan, bəy!
İsa Qəmbər Hacı Əbdülün incə yumorunu da başa düşür və bir daha ona ilişmir…

Oxunub: 114

Tags: ,