Elə,niyə…(gülməcə)

07 Avq 2017.

Pənah Hüseyn

Bir gün Pənah Hüseyn kişmiş yeyirmiş. Arif Hacılı ona yaxınlaşıb soruşur:
– Pənah bəy!Nə yeyirsən?
– Elə.
Arif soruşur:
– Pənah bəy,  necə yəni elə? Bu nə cavabdı?
– Müxtəsər deyirəm də…
– Nəyi müxtəsər deyirsən?
– Sən deyirsən: “Nə yeyirsən?”. Mən deyəcəyəm:
“kişmiş”. Sən deyəcəksən ki: “mənə də ver!” Mən
deyəcəyəm: “vermirəm!” Sən deyəcəksən: “niyə?”
Mən deyəcəyəm “elə!” Odu ki, indidən müxtəsər
deyirəm: elə.

Oxunub: 113

Tags: ,