Kərimli daldan gəzər, qırmızı şaldan gəzər (bayatılar)

22 Avq 2017.

Əli Kərimli
Əziziyəm kişidi,
Əli hardan kişidi?
Ad çıxarıb aləmdə,
Riyakar , nakişidi.

Kərimli  daldan gəzər,
Qırmızı şaldan gəzər,
Gənc fəallar qabaqda
İsalar  dalda gəzər.

Əlinin arvadıdır,
Naməlum bir zatıdır,
İsadakı bicliklər
Onun ehtiyatıdır.

Əlidən olmaz  oğul,
İngilisə ,rusa qul ,
Siyasət  pul  gətirər,
Ya konfet,ya da noğul.

Halalar, ay halalar,
Zindandadır balalar,
Rüstəm  ölər, məhv olar,
Yerdə qalar İsalar

Pullar gələr,cib dolar,
Şaxta vurar, gül solar,
İsa,Əli kimisi
Həmişə namərd olar.

Oxunub: 167

Tags: ,