Leyla Yunusu danışdıran amil…

09 Avq 2017.

Leyla Yunus

Son vaxtlar sanki təzədən yığılmış mühərrik kimi xoddanıb düşmüşdü ortalığa bu Leyla Yunus. Bir ara benzini qurtarmışdı. Yeni il başladı, qrant  və ianələr gəlməyə başladı,bunlar da cuşə gəldilər. Leyla Yunus və onun kimilərini cəmiyyətimiz yaxşı tanıyır. Onlar bəzi xarici dairələrin maraqlarına xidmət edənlər Azərbaycanın imicinə ziyan vuranlardır . Ötən il Azərbaycanda Demokratiya İnstitutu  1 milyon 200 min vəsaiti ancaq özlərinin layihələrinin keçirilməsinə sərf etdilər. Bunlar beynəlxalq təşkilatların himayəsində olmağa alışıblar. Mütəmadi olaraq “Freedom House” təşkilatı və bu kimi təşkilatlarla əlaqə quraraq özlərinin ideoloji xətlərinə sadiq qalırlar.Leyla və onu kimiləri də müəyyən vəsait hesabına öz hökümətlərini tənqid edərək, həmin təşkilatlara hesabat vermək məcburiyyətində qalırlar. Bütün bunların arxasında beynəlxalq imperializmin niyyətləri dayanır. Azərbaycanın dünyada qazandığı uğurlarını gözü götürməyənlər müxtəlif üsullara əl atmağa məcbur qalırlar. Leyla Yunus ən qatı cinayətlərtdə iştirak edənləri, seperatçıları siyasi məhbus kimi təqdim edir…

Oxunub: 198

Tags: