Rauf Arifoğlunun “kişi adam” kinayəsi…

24 Avq 2017.

Rauf Arifoğlu

“Çənə”Rauf yazıb ki, bu  Əlişkanın bir “texnoloqu” var. Məni o qədər oxuyub, təftiş edib ki, artıq tam təsirim altındadır.Yenə də  belə edib, qırışmal. 2003-cü ildə, türmədə olarkən dərc etdirdiyim kitabdan Əli Kərimlinin xeyrinə 3-4 dənə sitat tapıb, muncuq tapan uşaqlar kimi, sevincək olub, verib qəzetə… Orda mən Əlişkanı  tərifləyir, hətta ona “kişi adam” da yazıram…Hardan bilsin ki, əslində Əlişkaya bu sitatlardan ciddi zərbə yoxdur. O, insanları peşman etməyi, ona yaxşı münasibət bəsləyənləri düşmən, nifrət bəsləyənə döndərməyi sevir. Bir insan haqqında yaxşı bir şey yazırsansa, o demək deyil ki, həmin insanda gerçəkdən də həmin keyfiyyətlər var.Görəsən “Çənə” Rauf nəyi nəzərdə tutur?..

Oxunub: 117

Tags: ,