Cəmil Həsənli başını itirib…

18 Okt 2017.

Cəmil Həsənli

Milli Şuranın acınacaqlı günə düşməsi “Yojik”Cəmili də pis günə qoyub. Belə ki, Müsavat “Maygülüləri” ilə AXCP “Cəbhəxanaçı”ları arasında qarşılıqlı ittihamlar ən sərt fazaya keçdi, KXCP seyidləri  və EL-çilər də  də qurumdan çıxa bilər. “Yojik”  Cimi “Şrek”lə  məsələni müzakirə edib.Müsavat və AXCP arasındakı Milli Şura qovğası hər gün böyüyür. Müsavatın MŞ-dən getməsindən sonra qurum daxilində təlatümlər yaşanır. Partiyaların “Maygülüləri” mətbuatda, sosial şəbəkələrdə qarşılıqlı ittihamlardan ağır sözlər fazasına qədəm qoyublar. Müsavat moratorium elan etsə də, hər iki partiyanın yetkililəri “söz atışması”na davam edirlər.  EL hərəkatının sədr müavini Zəfərin də  qurumdan getməsini normal qarşılayır.Cimi deyir :“Rüstəm bəylə bir saatlıq müzakirə apardıq. Milli Şuraya daxil olanlar partiya prinsipi ilə deyil, fərd kimi daxil olublar. Ona görə heç kimin çıxmasını arzulamırıq. O, “Şrek”in  fəxri sədrlikdə qalmasından da danışıb: “Şrek” fəxri sədr kimi istefa müraciətini edib. Biz də Milli Şuraya daxil olan bütün müraciətlərə sessiyada baxıb qərar verəcəyik. Hər halda, onun qalmasını istərdik”. Bir sözlə .”Yojik” Cimi başını itirib,arxasını axtarır…

Oxunub: 34

Tags: ,