Arif Hacılı Əli Kərimliyə nifrət edir…

14 İyn 2017.

Arif Hacılı

Müsavat “Maygülüləri” və AXCP “Cəbhəxanaçı”ları  arasındakı münasibətlərin gərginliyi  sosial şəbəkələrdə paylaşdıqları fikirlərdən də görünür.Müsavat Partiyasının rəhbəri “Fazan” Arif   facebookda paylaşdığı statusda AXCP rəhbərliyinə sərt mesajlar göndərib. O,yazır: “Əlişkanın  mənə qarşı kampaniya aparan “Cəbhəxana”çılarından biri yazıb ki, guya mən hakimiyyətdən  nəsə istəmişəm. Həmin müraciət həyatımın şərəfli səhifələrindən biridir. Müraciətdə nə prezident sözü, nə də əfv sözü yoxdur. “12 mart və 2 aprel hadisələri cinayət sayılırsa, bu aksiyaların təşkilatçısı mən olmuşam. Məni həbsdə saxlayın, digərlərini isə Azərbaycanın maraqları naminə azad edin” – demişəm. Nəinki özüm, heç digərləri üçün də əfv istəməmişəm. “Azərbaycanın maraqlarını nəzərə alın” demişəm!Cəmil Ünalın, İsa Qəmbərin, Azərbaycanın həyatda olan digər əfsanəvi şəxsiyyətlərinin ləyaqət nümunəsi adlandırdığı müraciətimi əfv diləmək kimi təhrif etməyi mümkün sayan bir mənəviyyatın sahibisiniz!”…

Oxunub: 147

Tags: ,