Cəmil Həsənlinin apar-atı…

08 Avq 2017.

Cəmil Həsənli

Bəzən həyətdə-bacada domino,nərd oynayan cavan, qoca görəndə soruşuram ki,ə işiniz –gücünüz yoxdu,boş- boşuna nərd vurursunuz. Deyirlər ki, müəllim boş- bekarçılıqdandı. Hətta elə olur ki, tək oturub oynayır ,yada ki, daşları qurub uçurur. Sən demə ,domino və ya nərd  daşlarını dəfələrlə üst-üstə yığıb dağıtmaq bekarçılığın dərmanıdır. Bu işi Milli Şurada külli-ixtiyar sahibi olan “Yojik”Cimi  ustalıqla həyata keçirir. Kimlərisə istefaya göndərir, kimlərisə üzv qəbul edir, sədr aparatı (apar-at) formalaşdırır, fəxri sədrlik kimi ali vəzifə təsis edir və sair və ilaxır.Növbəti  hoqqabazlığı da faktiki mövcudluğunu itirən Milli Şuranın sədr aparatını formalaşdırmaq oldu. Nə şiş yansın, nə kabab deyərək birinı “Azadlıq”dan,  birin NİDA-dan, birini də ki, hüquqları erməni separatçıları tərəfindən pozulan bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün hüquqlarını hələ bir dəfə də olsun, müdafiəyə qalxmayan hüquq müdafiəçilərindən seçdi.Bu da oldu yeni apar- at…

Oxunub: 123

Tags: