Cəmil Həsənli daima günahkar olacaq…

19 İyn 2017.

Cəmil Həsənli

“Şapka” Rəhim – “Vallah, bu adamlar nə qədər ki, Azərbaycanın siyasi meydanındadırlarsa, Azərbaycana ziyandan başqa heç nə verməyəcəklər. Adam gərək tüpürdüyünü yalamasın. İnanın ki, vallah indi Milli Şurada iş getmir, ancaq çənə vururlar. Onların işi-gücü yoxdur. Əbəs yerə “Yojik”Cimini  də zərbə altına qoydular. Baxarsınız, bir azdan sonra Ciminin üzərinə düşəcəklər və bütün günahı da onun üzərinə yıxacaqlar. Bir az Cəmil Həsənlinin reytinqi qalxan kimi Milli Şurada olan “canavarlar” buna imkan verməyəcəklər. İndi onlardan kim irəli getmək istəyirsə, dərhal onun paxıllığını çəkirlər. Bu isə bədbəxtlikdir. Ailə kiçik dövlətdir və hər bir möhkəm təməlli ailənin əsasını ailə başçısı qoymalıdır. İndi Milli Şuranın da təməli möhkəm qoyulmayıb. Kasıb itinin adını gümüş qoyan kimi, bunlar da gündə bir təşkilat yaradırlar…

Oxunub: 35

Tags: