Hacı Əbdüldən Hafiz Hacıyevə şallaq təklifi…

04 İyn 2014.

Hafiz Hacıyev

Hamının yaxşı tanıdığı, məzəkeş bir siyasətçi ,”Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül bəndələri acıqlanıb və bildirib ki, belə getsə namizədlərdən bəzilərini şallaqlayacaq. Soruşanda ki, ay hacı,o şallaq üçün yumşaq yeri qaşınan kimdir, aldı görək, nə dedi: – “Allaha and olsun, imkan olsaydı, namizədlərə qarşı şallaqdan gözəl istifadə edərdim. Özü də bunu şəriət qayda-qanunları ilə həyata keçirərdim. Özü də yeri var idi. Adam kiminsə ailəsi-uşağı ilə ilə zarafat eləməz, bu cür təhqirə yol verməz. Ən yaxşı şallağa layiq namizəd “Balıq”Hafkadır. Çünki aranı qarışdıran odur. O birilərini də yüngülvari şallaqlayardım”.Bu sözlər tərs şapalaq kimi tutub “Balıq” Hafkanı. Aldı görək o nə dedi: “Hacı Əbdül yaşlı adamdır. Elə yaşına görə də ağlını, huşunu itirib,ikiüzlü bir adamdır, vaxtilə kimi müdafiə edirdi, sonra həmin şəxsləri yarı yolda qoyub qaçdı. Hacı Əbdülün onun haqqında danışmağa mənəvi haqqı yoxdur, o, yalnız özü kimi zəif adamları və küçə uşaqlarını şallaqlaya bilər. Qoy, getsin namazını qılıb mollalığını etsin. Onun mənim səviyyəmə çatmasına hələ əsr yarım vaxt var” .Hacı Əbdül də sözündən dönmür və “Balıq” Hafkanın  adını xüsusi vurğulayaraq bildirib ki, şallağa ən layiqli namizəd məhz odur, və inşaalah vaxt gələcək onu necə var şallaqlayacaq…

Oxunub: 138

Tags: ,