Zopasız qaşınır baş,.. (bayatılar)

15 İyn 2017.

Əli Kərimli

Əziziyəm meydana,
Pul qazanaq mərdana
Zopasız qaşınır baş,
Gəlin cıxaq meydana ,

Əziziyəm arxanı,
Çaylar hanı,arx hanı,
Cavan qabağa getsin,
Əli, gözlə arxanı.

Əziziyəm ver sual,
Rüstəm olub virtual,
Döyülən,söyülən kim?
Pul qazanır bir cuval.

Əzizyəm cinbala,
Eldəniz vurur nala,
Rüstəmə yaxşı atıb,
Yüz min qoyubdur dala!

Əziziyəm dürüstdü,
Eldar Rəsuldan küsdü,
Bütün aranı qatan,
Həm qərbdi, həm  də rusdu…

Oxunub: 151

Tags: , ,