Ağzıyırtıq müxalifət…(gülməcə)

23 Avq 2017.

Etibar Məmmədov

Milli məclisdə Məmməd  Məmmədov pensiyalarla bağlı Qanun layihəsi təqdim edirdi.
Sual-cavab hissəsində Etibar Məmmədov soruşdu:
-Məmməd müəllim, konkret deyin görək, pensiyalar niyə aylarla verilimir ?
-Kankreti budu ki, büdcə boşdu dana, ona görə
-Bəs srağagün maliyyə naziri televiziya ilə deyirdi ki, büdcə doludur?
-Ə deyirdi deyirdi dana,-və üzünü YAP-çı deputatlara çevirdi,
-Bu müxalifətin yanında söz deyiləsi döyül ha. Eləbilginən, ağızdarı yırtıxdı, o saat açıb-ağardıllar…

Oxunub: 126

Tags: