Nankorluq onun xislətindədir…

14 İyn 2017.

Gültəkin Hacıbəyli

“Milli Şura”nın “primadonnası” Gültəkin Hacıbıyli yenə ortadadır. “Milli Şura”nın mini aksiyalarının başlanmasına rəvac verən G.Hacıbəylinin məqsədi, ilk növbədə, Azərbaycanın beynəlxalq arenadakı yüksək mövqeyinə, yerinə və roluna kölgə salmaqdır. O da sirr deyil ki, ümumiyyətlə, istər “Milli Şura”, istərsə də AXCP, bu sıraya daxil olan G.Hacıbəyli xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxırlar. Bu baxımdan, onlara təklif edilən zamanı və yeri öz təbirlərincə münasib bilmədiklərini deyərək, siyasi şou göstərib mühacir bizneslərinə daha çox adamı cəlb etməyə cəhd göstərirlər…

Oxunub: 13

Tags: