Gültəkin Hacıbəyli eyforiyadadır…

08 Okt 2017.

Gültəkin Hacıbəyli

Bu adam nə elədiyini bilmir. Get-gedə də özünü quyunun tam dibinə aparır. Əvvəl-əvvəl guya iqtidara acıq vermək üçün bunları edirdi, fəqət birdən, ayıldı ki, artıq qaragüruhun əsas simalarından birinə çevrilib. Yəni özü də olub bunların tayı. Gültəkini ambisiya bitirdi. O, arzu və istedadı arasındakı fərqi görə bilmədiyi üçün bu günlərə qaldı. Bu adam özünü çoxbilmiş hesab edir. Amma elə ancaq sosial şəbəkələrdə yazdığı statusların mətninə, ordakı atmacalara, uşaqtək yeri gəldi-gəlmədi əlavə etdiyi “smayl”lara diqqət yetirmək kifayətdir ki, adamın hansı səviyyə və məntiq yiyəsi olduğunu görəsən. Gültəkin əvvəllər yerində olmayıb. İndi isə əsl yerindədir, öz qəlibindədir. Ona böyük şəxsiyyətlərin deyil, elə Kərimli və Cəmil kimi uğursuzların yanında olmaq yaraşır.

 

Oxunub: 62

Tags: , ,