Müxalifətdə növbəti “qrant davaları” səngimir…

10 Okt 2017.

Xədicə İsmayıl

Emin Hüseynov: “Xədicə, ya ulduz xəstəliyinə tutulmusan, ya da…”Xədicə İsmayıl: “Adımızdan istifadə edib pul qazanırsan”Hazırda İsveçrədə yaşayan dağıdıcı müxalifətin qazanının dibini yalayanlardan olan Emin Hüseynovla (RATİ) Xədicə İsmayıl arasında münaqişə yaşanıb. Əslində, eyni qabdan yemək yeyən bu iki şəxsin yola getməmələri maraq doğurur. Məlum olan budur ki, Eminlə Xədicə arasındakı dava-dalaşın əsas səbəbi puldur. Çünki Emini müxtəlif sui-istifadə yolları ilə pul qazanmaqda ittiham edən Xədicə açıq şəkildə bu məsələni önə çəkir. Hər şey E.Huseynovun sosial şəbəkədə Xədicə haqqında dediyi sərt sözlərdən sonra ortaya çıxıb: “Bu gün maraqlı bir hadisə baş verdi. X.İsmayılın telefonuna zəng vurdum, səsimi eşidən kimi kinli-kinli mənə dedi ki, səninlə danışmaq istəmirəm və telefonun dəstəyini atdı. Bu mənə çox qəribə gəldi. Yenidən yığdım, dedim nə məsələdi? Cavabı isə belə oldu: sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən, mən isə buna imkan verməyəcəm, mən öz növbəmdə təəccüblənərək ondan soruşdum, Xədicə, anlamadım, nə demək istəyirsən? Zəhmət olmasa, izah elə, o isə, izah etmədən, telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki əgər dəstəyi atan adam məni eşitmək istəmirsə, üstəlik də, bu cür əsassız və saxta ittihama edirsə, bu adama ictimai qaydada açıq müraciətlə cavab verim və suallarımı ünvanlayım, buyurun oxuyun”.

Oxunub: 41

Tags: ,