Siyasi arenada yeni nəfəsə ehtiyac…

17 Noy 2017.

Tural Abbaslı

“Siyasi səhnədə uzun illərdir fəaliyyətdə olan bəzi insanlar və təşkilatlarla müzakirələr aparırıq”. Bunları Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı deyib.O bildirib ki, indiki məqamda daha çox təşkilatlanma və yeni qüvvələrin cəlb olunması ilə məşğuldurlar: “Bildiyiniz kimi bu istiqamətdə biz artıq keçən ildən addımlar atırıq. Görüşlərimiz və müzakirələrimiz davam edir. Müxtəlif variantlar və kombinasiyalar arasında seçim etməyə çalışırıq. Biz bu il AĞ Blok olaraq artıq rəsmi qeydiyyatdan keçmiş partiya olmağı qarşımıza məqsəd qoymuşuq Çalışacağıq ki, bu ilin ilk 6 ayında partiyamızı rəsmi şəkildə elan edək”.“Müsavata gəldikdə isə düşünürəm ki, bu idarəetmə sistemi ilə heç nəyə nail ola bilməyəcəklər. Necə ki, 22 ildə heçnə əldə edə bilməyiblər. Belə davam etdikləri halda da nəsə bir yenilik olacağını zənn etmirəm. Əksinə uzun illərdir minlərlə fədakar müsavatçıların mübarizəsi hesabına əldə olunmuş siyasi nüfuzu qısa zaman da tükədəcəklər. Hətta qrup maraqlarından çıxış etdikləri üçün Rəsulzadədən üzü bəri gələn demokratik metodla idarə olunan Müsavat imicinə zərbə vururlar. Bu vəziyyətdən yeganə çıxış yolu bütün narazı tərəfləri birləşdirəcək, idarəçilikdəki naqislikləri aradan qaldıracaq, partiya daxili demokratiyanı bərpa edəcək növbədən kənar qurultay keçirməkdir. Belə bir qurultay olarsa bizim onun işində iştirak edib etməyəcəyimiz hələ dəqiq deyil”.

Oxunub: 27

Tags: ,