Kim Tale Bağırzadəni dəstəkləmirsə, şiə deyil?

17 Okt 2017.

Əli Kərimli

Məsələn, AXCP sədrinin müavini, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Fuad Qəhrəmanlı sosial şəbəkədə Nardaranda həbs olunan Tale Bağırzadənin və onun terrorçu qruplaşmasının üzvlərinə dəstək verməyən nardaranlıları, o cümlədən, terrordan kənar dayanan inanclı kəsimi heç bir əsası olmadan ittiham edib, bununla da təxribatçı şüarlar səsləndirib. “Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər? Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyn dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Tale kimi meydanda tək buraxardınız…”Təxribatçı fikirlərinin sonunda “Məhərrəmlik ayında məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz” kimi ifadələrə yer alan Əli Kərimlinin sevimli müavini bununla inanclı kəsimi küçələrə çıxmağa səsləyib. Beləlkilə, günü-gündən daha aydın şəkildə xarici həmin qüvvələrə işləyən milli satqınların iç üzü aşkarlanıb.

Oxunub: 44

Tags: , ,