Hacı Əbdülün özü bilmirdi kimnəndi…

19 İyn 2017.

'bdwlll

AXC  dönəminin parlament lövhələri…
AXC dönəmində ,daha doğrusu Hacı Əbdülün bərk gedən vaxtları Milli məclisdə 3-cü mikrofondan hirsli-hirsli çıxış edir:
-Alə, bəsdürüz də!Düzəldün bu Milli Şuranı,girmibeş- girmibeş,çıxey gedəy işimizə-gücümüzə də,sən öləsən!
Çönür bir “bəy”lər oturan tərəfə ki,görsün sözləri necə təsir bağışladı. Sonra yaxınlaşır Tofiq Qasımova:
-Tofiq bəy, necədü?
-Əla,Əbdül,əla.
Özündən razı qalmış Əbdül ərklə bir də soruşur:
-Tofiq bey,heç baş aça bilmirəm,alə indi mən kimnenem?
-Əbdül, indi bizdənsən.Amma ondan qabaq  məlum döyüldü,kimnənsən…

Oxunub: 132

Tags: