AXCP-nin çıxış yolu qalmayıb…

19 İyn 2017.

Cəmil Həsənli

“Milli Şura”nın bir sıra üzvləri seçkilərdə iştirak etməkdə israrlıdır.AXCP sədri Əli Kərimlinin həm partiyanın, həm də “Milli Şura”nın parlament seçkilərini boykot etmək barədə qərarı özünü doğrultmaya bilər. Belə ki, “Milli Şura”nın bir sıra üzvləri boykot qərarını dəstəkləməməklə yanaşı, artıq seçkilərdə iştirak etmək üçün addımlar atacaqlarını qətiləşdiriblər. Hətta “Milli Şura”nın sədri Cəmil Həsənlinin də ciddi-cəhdlərinə baxmayaraq, “Milli Şura”da adları hallanan bir neçə nəfər MSK-ya namizədliklərinin təsdiq olunması üçün müraciət etməyə hazırlaşdıqlarını istisna etmirlər.Baş verənlər AXCP-nin parlament seçkilərini boykot etməsinin siyasi gündəmə təsirsiz olacağını sübut edən növbəti amildir…

Oxunub: 24

Tags: ,