“Professor-müəllim” Cəmil Həsənli bunumu istəyirdi?

12 Avq 2017.

Сəmil Həsənli

“Yeni Müsavat” rəhbərliyi və “Milli Şura”nın sədri Cəmil Həsənli arasında baş verən növbəti ittiham və qalmaqallar nəticəsində ortaya çıxmamış digər faktları da ictimailəşdirməkdədir. Reallığa qalanda, bu faktların bəziləri bəlli olsa da, geniş ictimai rəy onlardan xəbərsiz olub. Ancaq son günlərdə ölkənin oxucu kütləsi də baş verənlərdən hali olaraq, kimin-kim olduğunu öyrənir və öyrənməkdədir. Əslində, bu, yaxşı bir haldır. Yaxşıdır ona görə ki, siyasi ictimaiyyət özünə “lider” seçərkən, bundan sonra daha ehtiyatlı davranmalı olacaq. Daha haqqında çoxsaylı faktlar üzə çıxan Cəmil Həsənli kimiləri müxalifət cameəsində təsadüfi “lider” seçilməyəcək.

Oxunub: 22

Tags: