Milli Şuranın “reklam şousu”…

16 Okt 2017.

Сəmil Həsənli

“Milli Şura”nın mayın 30-da keçirdiyi mitinq mitinq deyildi. Bu bir “reklam şousu” idi. Bəli, Əli Kərimli özünün reklamını nümayiş etdirdi. Kimə lazım idi bu? Özü də yaxşı bilir ki, xalq heç bir mitinqə kütləvi dəstək vermir, qatılmır radikal siyasi düşərgənin aksiyasına. Bunu bilə-bilə kimə özünü göstərirdin? Bir başa Qərb dairlərinə. BAXCP rəsmisinin sözlərinə görə, ilk Avropa Oyunlarından istifadə edib Azərbaycanın milli maraqlarını sevməyən ermənipərəst Qərb siyasi dairələri Azərbaycana qarşı basqı siyasəti aparırlar. Dövlətimiz üzərinə açıq kampaniya aparırlar. Müxtəlif bəhanələrlə Azərbaycan hakimiyyətinə qarşı hücum təşkil ediblər. Bunu Əli Kərimli də bilir. Ona görə də özünü onlara təqdim etmək üçün bu cür “mitinq şousu” təşkil edir…

Oxunub: 33

Tags: , ,